Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Sabah”ın futbolçusu Patrik Mbina Fransa mətbuatına açıqlama verib.
Futbolpress.az xəbər verir ki, hücumçu komandanın Çempionlar Liqasındakı çıxışından söz açıb:
“Çempionlar Liqasında oynamaq uşaqlıq arzum olub. Liqa mərhələsində çıxış etmək isə daha böyük xəyal idi. Həyata keçəcəyini düşünməmişdim.
Fransada futbolun sirlərinə yiyələndim, uşaqlıq arzum gerçəkləşdi. Təsnifat mərhələləri bir qədər fərqlidir. Amma turnirin əsas mərhələsində olmaq… Bu, izah edilməyəcək qədər gözəl hissdir. Qol vurmaq isə inanılmazdır. Uşaq vaxtı bunların xəyalını qururdum”.
Mbina Çempionlar Liqasında 4 matçda 1 qol qol vurub.