Uşaq yaşda piylənmənin zərərləri

07.10.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uşaq yaşda piylənmə insanın gələcək həyatına ciddi təsir göstərə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru Aleksandr Neymark lenta.ru ilə söhbət xəbərdarlıq edib.

Neymark bildirib ki, son dövrlərdə Rusiyada piylənmə halları 10 faiz artıb, yalnız keçən il isə uşaqlar arasında 108 min yeni piylənmə halı qeydə alınıb. Həkim uşaqlarda piylənmənin səbəbləri kimi endokrin vəzilərinin düzgün işləməməsini və hərəkətsiz həyat tərzini göstərib. Lakin uşaqların çəki almasının əsas səbəbi qidalanma davranışının pozulmasıdır. Xüsusilə, ailənin düzgün olmayan psixoloji yanaşmaları piylənməyə gətirib çıxarır, deyə həkim əlavə edib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью