Uşaqda nitqin inkşafına nələr təsir edir? AÇIQLAMA

12.11.2025

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Uşaqda nitqin inkişafına təsir edən amillər əsasən iki qrupa bölünür: bioloji və psixoloji-sosioloji faktorlar.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instaqram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova qeyd etdi.

Onun sözlərinə görə, bioloji faktorlar dedikdə, uşağın keçirdiyi xəstəliklər nəzərdə tutulur, istər nevroloji, istər psixi, istər somatik, istər immun xəstəlikləri və s. Psixoloji-sosioloji faktorlar isə uşağın kiçik ailəsi və mini cəmiyyəti ilə bağlıdır:

"Buraya ailədə yaşanan travmalar, qorxular, həyəcanlar, düzgün olmayan tərbiyə, eləcə də ikidillilik, üçdillilik və s. kimi amillər daxildir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью