Uşaqlar ailələrinə qovuşdurulur

03.09.2025

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 110 uşaq müəssisələrdən ailələrinə təhvil verilib.  

Agentlikdən XQ-yə bildirilib ki, ailələrinə qaytarılan uşaqların yenidən həmin müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə həssas kateqoriyadan olanlar, onların ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işlərinə başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində bu il 174 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin  qarşısı alınıb.

Ləman TƏHMƏZ 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью