Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Uşaq Avroviziya Mahnı Müsabiqəsi 2024 (“Junior Eurovision 2024”) yarışının qalibi məlum olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bakupost.az xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə keçirilən müsabiqədə Gürcüstan təmsilçisi qalib gəlib.
Andria Putkaradze Gürcüstanın “Junior Eurovision” müsabiqəsində qalib gələn dördüncü nümayəndəsi olub. Bu nəticə ilə Gürcüstan müsabiqə rekordçusu adını qazanıb.
Gürcüstan İtaliya, Estoniya, Albaniya, Ermənistan, Kipr, İspaniya, Hollandiya, San Marino, Ukrayna, Portuqaliya, İslandiya və Maltadan 12 xal alıb.
Andria Putkaradze “My May” mahnısı ilə çıxış edib.
“Junior Eurovision 2024”də 17 ölkə iştirak edib.