Uşaqlar arasında respirator viruslar artır

08.10.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Qış və payız aylarında havaların soyuması ilə yanaşı, məktəblərin açılması səbəbindən uşaqların qapalı məkanlarda daha çox vaxt keçirməsi respirator virusların yayılmasına şərait yaradır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.

Onun sözlərinə görə, hazırda qrip xəstəliyinin yayılma halları daha çox müşahidə olunur.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью