Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Öskürək, burun axıntısı və qızdırma kimi simptomlarla özünü göstərən bir çox infeksiya ailələr tərəfindən sadə bir soyuqdəymə hesab olunur.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu simptomlar, xüsusən də körpələrdə və kiçik uşaqlarda, bəzən fərqli və daha ciddi bir virusun əlaməti ola bilər.Medicina.az xəbər verir ki, uşaq sağlamlığı və xəstəlikləri şöbəsindən professor Dr.
İpek Türktaş bildirib ki, xüsusilə körpələrdə və kiçik uşaqlarda müşahidə olunan bokavirus tez-tez adi soyuqdəymə ilə qarışdırılır, lakin bəzi hallarda ağır ola və xəstəxanaya yerləşdirilməyə səbəb ola bilər.
Prof. Türktaş qeyd etdi ki, bokavirus 2005-ci ildə müəyyən edilmiş Parvoviridae ailəsinə aid DNT virusudur:"Ən çox 0-5 yaşlı uşaqlarda müşah
6 aydan 3 yaşa qədər körpələr, bağçaya gedən uşaqlar və immun sistemi hələ tam inkişaf etməmişlər xüsusilə risk altındadırlar."Prof. Dr.
Türktaş burun axıntısı, burun tıxanıqlığı, öskürək, qızdırma, xırıltılı tənəffüs və nəfəs almaqda çətinlik çəkmənin bokavirus infeksiyasının ümumi simptomları olduğunu bildirib:"Bəzi uşaqlarda vəziyyət bronxiolit və ya pnevmoniyaya keçə bilər.
Oksigen terapiyası və xəstəxanaya yerləşdirmə zəruri ola bilər. Bəzi hallarda ishal, qusma və qarın ağrısı da baş verə bilər.