Uşaqlar arasında yayılan virus nədir? Nazirlikdən AÇIQLAMA

20.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda epidemioloji vəziyyətin necə olduğunu, son aylarda yoluxma sayında artımın müşahidə edilib-edilmədiyini öyrənmək üçün Səhiyyə Nazirliyinə sorğu ünvanladıq.

Qurumun Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Ölkə.az-a cavab olaraq bildirilib ki, payız mövsümünün başlanması ilə əlaqədar hava-damcı yolu ilə yayılan infeksiyalara yoluxma hallarının qeydə alınması mümkündür:

"Hazırda Azərbaycanda uşaqlar arasında göyöskürək hallarının artımı müşahidə olunmur. Epidemioloji vəziyyət mütəmadi nəzarətdə saxlanılır və müvafiq profilaktik tədbirlər həyata keçirilir.

Göyöskürəkdən qorunmanın əsas vasitəsi peyvəndləmədir. Valideynlərə uşaqlarının Milli Peyvənd Təqviminə uyğun olaraq göyöskürəyə qarşı peyvənd olunmasını, peyvənd dozalarının vaxtında və tam şəkildə qəbul edilməsini təmin etmək tövsiyə olunur".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью