Uşaqlar arasında zərərli vərdişləri yayan “lider”lər ciddi risk yaradır

04.02.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi uşaqlar mühitdə nəzərdən kənarda qalır, sosial nəzarətdən yayınırlar və məhz belə hallarda onların arasında özünü “lider” kimi göstərən şəxslər ortaya çıxır. Bu cür “liderlər” ətrafdakılara mənfi təsir göstərərək zərərli vərdişlərin təbliğinə şərait yaradır, nəticədə yeniyetmələr risk qruplarına daxil olur. Mütəxəssislər bildirirlər ki, uşaqların sosial mühitdəki davranışları və təsir dairələri narkotik kimi təhlükəli maddələrə meyillilik baxımından mühüm rol oynayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov Səhiyyə Nazirliyinin “İnstaqram” hesabında keçirilən canlı yayımda bildirib.

Onun sözlərinə görə, yarı faiz insanlarda narkotik istifadəsi xoş hiss oyatmır. Bəzi maddələr isə çox qısa müddətdə güclü asılılıq yaradır ki, bu da onları son dərəcə təhlükəli edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью