Uşaqlar avtomobilə minib əl əyləcini buraxdı, maşın dərəyə düşdü VİDEO

22.08.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Türkiyənin Tekirdağ şəhərində maraqlı hadisə baş verib. 

Avtosfer.az xəbər verir ki, park edilmiş avtomobil uşaqların əl əyləcini buraxması nəticəsində dərəyə düşüb.

Hadisə Kapaklı Atatürk məhəlləsinin Kalender küçəsində qeydə alınıb. Məlumata görə, uşaqlar 67 AAP 116 nömrə nişanlı avtomobilə daxil olaraq əl əyləcini buraxıblar. Nəticədə, avtomobil hərəkətə gəlib və küçəyə paralel uzanan dərəyə düşüb.

Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı polis araşdırmalara başlayıb.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью