Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar?

20.11.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

2025-ci ildə Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında 55 445 xəstələnmə halı qeydə alınıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunlardan 53 577-si dövlət, 1 868-i isə qeyri-dövlət bağçalarının payına düşüb.

Ən çox qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyaları qeydə alınıb. Bu kateqoriya üzrə dövlət bağçalarında 31 429, qeyri-dövlət bağçalarında isə 1 265 xəstələnmə halı olub.

Kəskin tonzillit üzrə dövlət bağçalarında 15 538, qeyri-dövlət bağçalarında 272 hal qeydə alınıb. Pnevmoniya üzrə bu göstəricilər müvafiq olaraq 514 və 18 olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью