Uşaqlar buna görə evdən qaçır Psixoloq | Icma.az
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Uşaqlar daim diqqətə, qayğıya, anlayışa ehtiyac duyurlar.
Əgər bu ehtiyaclar ödənilmirsə, onların içində boşluq yaranır.
Sosial media, oyunlar və sərt ailə mühiti bu boşluğu daha da dərinləşdirə bilər.
Nəticədə uşaq özünü ifadə edə bilmədiyi bir mühitdən uzaqlaşmaq istəyir.
Bu fikirləri Axar.az-a açıqlamasında psixoloq Nizami Orucov son zamanlar tez-tez müşahidə olunan uşaqların evdən qaçması hallarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu cür hadisələrin arxasında əsasən psixoloji səbəblər dayanır və bunların başında ailədaxili münasibətlər və uşaqla düzgün ünsiyyətin olmaması gəlir.
O bildirib ki, uşaqların evdən qaçmasının əsas səbəbləri bunlardır: - Diqqət və qayğı axtarışı: Ailədə, dostları arasında kifayət qədər görülməyən uşaq evdən qaçaraq, axtarılmaq istəyə bilər, özü üçün narahat olunmasını arzulaya bilər; - Azadlıq ehtiyacı: Davamlı sərhədlər və qadağalar uşağın özünü sıxılmış hiss etməsinə səbəb olur.
Bu halda müstəqillik arzusu qaçmaqla özünü büruzə verir; - Daxili konfliktlər: Evdəki münaqişə, konflikt halları uşaqda depressiya, stress halı yaradar ki, bu da bir qaçışla nəticələnə bilər; - Qorxu və təhdid: Uşağın yaşadığı elə bir hadisə olar ki, kəskin danlanma, təhdid, qorxu halından qurtulmaq üçün də evdən qaça bilər.
Tam oxu
Xəbəri oxu