Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Masazır qəsəbəsində Laçın rayon Ağoğlan kənd tam orta məktəbinin yerləşdiyi küçənin sakinləri yol problemindən əziyyət çəkirlər.
Avtosfer.az xəbər verir ki, onlar narazılıqlarını Baku TV ilə bölüşüblər.
"Əvvəllər buranı düzəltmişdilər. Sonradan su xətti çəkildiyi üçün yol bərbad hala düşdü. Yolun üstünü örtdülər, amma yenidən dağıldı", - sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə qeyd edib:
"Yol bərbad haldadır. Havalar soyuq olanda uşaqlar çox əziyyət çəkirlər. Dizə kimi palçıq içində gəlirlər".
Məsələ ilə bağlı Masazır kənd bələdiyyəsindən bildirilib ki, yerli özünüidarəetmə orqanlarının büdcələri sakinlər tərəfindən verilən vergilər əsasında formalaşdığından yeni salınan küçələrin asfaltlanmasında müəyyən yubanmalar müşahidə edilir. Buna baxmayaraq, Almas İldırım küçəsinin də əsaslı şəkildə abadlaşdırılması qurumun cari il üçün tədbirlər planına daxil edilib və il ərzində bu işlərin həyata keçirilməsi nəzərdə tutulub.
Oxunub 42