Uşaqlar dostlarını necə seçirlər? Alimlərdən maraqlı araşdırma

24.11.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Alimlər uşaqların dost seçimində istedaddan və hazır uğurdan daha çox zəhmətkeşliyə üstünlük verdiklərini müəyyən ediblər.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Boston Universitetinin psixoloqları tərəfindən aparılan araşdırmanın nəticələri "Communications Psychology" elmi jurnalında dərc olunub.

Tədqiqatda 5-9 yaş aralığında 220 uşaq iştirak edib. Təcrübə zamanı uşaqlara eyni "Lego" oyuncağına sahib olan iki yaşıdları təqdim edilib. Onlardan biri oyuncağı özü hazırlayıb, digəri isə hədiyyə olaraq alıb.

Nəticələr göstərib ki, uşaqların 61 faizi öz zəhməti ilə nəticə əldə edən həmyaşıdının dediklərinə daha çox etibar edib.

İkinci təcrübədə isə uşaqların 84 faizi zəhmətkeş həmyaşıdından məsləhət almağa, 70 faizi ondan yeni biliklər öyrənməyə, 75 faizi isə onunla dostluq etməyə və əməkdaşlıq qurmağa üstünlük verib.

Psixoloqların fikrincə, uşaqlar uğurun yalnız nəticəsinə deyil, onun necə əldə olunmasına da əhəmiyyət verirlər. Onlar zəhmətkeşliyi bilik, bacarıq və etibarlılıq göstəricisi kimi qəbul edirlər.

Maraqlıdır ki, bu yanaşma müxtəlif maddi imkanlara malik ailələrdə böyüyən uşaqlar arasında da müşahidə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью