Uşaqlar ən çox bu səbəbdən ölür ARAŞDIRMA

24.01.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

2025-ci ildə ölkə ərazisində 483 uşaq ölü doğulub.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2024-cü ildə bu rəqəm 561 olub.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən "Cebheinfo.az"-ın əməkdaşı 1 yaşa qədər uşaqların müxtəlif illərdə ölüm sayı və onun səbəblərini araşdırıb.

Əsas səbəblər üzrə 1 yaşadək ölən uşaqların sayı əgər 1970-ci ildə 5 221 nəfər olubsa, 2024-cü ildə bu rəqəm 1 420 nəfər təşkil edib.

Ən yüksək ölüm halı isə 1986-cı ildə qeydə alıb. Belə ki, 1 yaşadək ölən uşaqların sayı bu dövrdə 5 589 nəfər olub. 

Ölümün əsas səbəblərinə gəldikdə, bu illərə görə dəyişir. Belə ki, 1990-cı ildə ən çox tənəffüs sistemi xəstəlikləri üstünlük təşkil edib.

Yəni məhz bu xəstəliklə bağlı həmin ildə 1 yaşadək ölən uşaqların sayı 2010 nəfər təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 178 nəfər olub. 

Perinatal dövrdə meydan çıxan bəzi hallardan isə əgər 1990-cı ildə 643 uşaq vəfat edibsə, 2024-cü ildə bu rəqəm artaraq 735 nəfər təşkil edib.

Nigar Abdullayeva
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью