Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AFFA İntizam Komitəsi aşağı liqalarda rəqiblərini və hakimi təhqir edən futbolçuları cəzalandırıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
AFFA U-16 Liqasında keçirilmiş "Lion" - "Asta" matçında hər iki komandanın oyunçuları rəqiblərini təhqir ediblər.
"Lion"dan Hüseyn Hüseynov, "Asta"dan Rəsul Quliyev 3 oyunluq diskvalifikasiya ilə üzləşiblər.
AFFA U-14 Liqasında isə Göyçayın "Çinar" kollektivinin futbolçusu İbrahim Şəfiyev Beyləqanın "Mil" komandası ilə görüşdə hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb.
O, 2 matçlıq cəzalandırılıb. Azərbaycan çempionatı: 3 matçda 35 qol vurulub “Araz-Naxçıvan”da antidopinq bağlı maarifləndirmə “Şamaxı”dan nö