Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın Buryatiya Respublikasında iki azyaşlı uşağın internetdə gördüyü “layfhak”ı sınaması yanğınla nəticələnib. Hadisə nəticəsində 100 sentner ot yanaraq məhv olub.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir. Hadisə Zakamensk rayonunda baş verib. 5 və 8 yaşlı uşaqlar internetdə “otu necə tez söndürmək olar” mövzusunda “layfhak” görüblər. Daha sonra həyətdən alışqan götürərək gördükləri üsulu praktikada yoxlamaq qərarına gəliblər.
Lakin uşaqların “təcrübəsi” gözlənilən nəticəni verməyib və ot alışıb. Yanğının söndürülməsi üçün əraziyə üç yanğınsöndürmə briqadası, beş traktor, iki yanğınsöndürən avtomobil və 10 qonşu cəlb olunub.
Nəticədə 100 sentner ot yanaraq külə dönüb.
NURİYYƏ