Uşaqlar məhkum analarının görüşünə gediblər FOTOLAR

01.06.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

Bu gün münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində növbəti dəfə tədbir təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə birgə təşkil edilən tədbirdə məhkum qadınlar onların görüşünə gəlmiş övladları ilə birgə maraqlı və əyləncəli vaxt keçiriblər.

Məhkumlar tərəfindən hazırlanmış xüsusi proqram, animasiya qəhrəmanlarının iştirakı ilə musiqili şoular, əyləncə atraksionları böyük maraq və sevinc hissi ilə qarşılanıb.

AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью