Uşaqlar mənə və həyat yoldaşıma bağlıdır Sevda

17.09.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Sevda Yahyayeva övladları ilə münasibətindən danışıb.
Demokrat.az xəbər verir ki, sənətçi “Qonaqcanlı” proqramında uşaqlarına vaxt ayırmağın vacibliyini vurğulayıb. Sevda bildirib ki, artıq uzun müddətdir qızları üçün dayə tutmur:
“Bizdə 2 ildən çoxdur dayə yoxdur. Ona görə də uşaqlar mənə və həyat yoldaşıma bağlıdır. Böyüyüblər, bağçaya gedirlər. Heç nə çətin deyil. Çalışıram hər şeyi çatdırım. Düşünürəm ki, bunu mən etməliyəm, vaxt ayırmalıyam. Uşağa valideyn özü vaxt ayıranda uşaq valideyni, valideyn də uşağı tanıyır.
Hamı çalışır, müasir dövrdür. Kişi də, qadın da çalışır, bir-birinə dəstək olur. Sən özün hər şeyə nəzarət edəndə uşağını tanıyırsan. O da səni valideyn kimi tanıyır. Münasibətlər də isti olur”.

Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью