Uşaqlar niyə eyni geyinməlidir? Ekspertdən DİQQƏTÇƏKƏN SÖZLƏR

22.09.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.  Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə təhsil eksperti Məzahir Məmmədli sosial şəbəkə hesabında paylaşım edib.

Ekspert qeyd edib ki, məsələyə yalnız uşaqların nə geyinəcəyi prizmasından yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, məktəbli forması ilə bağlı əsas suallardan biri məktəbdə hansı mühitin formalaşdırılacağıdır. Toyuqlu pizza

Məzahir Məmmədli bildirib ki, vahid məktəbli geyiminin tətbiqinin arxasında bir neçə prinsip dayanır. Bunlara ailələrin maddi imkanlarının geyim üzərindən nümayiş olunmasının qarşısının alınması, şagirdlər arasında sosial fərqlərin və ayrı-seçkilik risklərinin azaldılması, rahat və yaş xüsusiyyətlərinə uyğun geyimin təmin edilməsi daxildir.

Ekspertin fikrincə, məktəbli forması eyni zamanda məktəb-valideyn əməkdaşlığının və daxili intizamın gücləndirilməsinə, şagirdlərdə məktəbə və kollektivə aidlik hissinin formalaşmasına xidmət edə bilər.

“Bir uşağın geyiminə görə digərindən ‘fərqli’ görünməməsi, bəlkə də, bu müzakirənin ən vacib tərəfidir. Çünki məktəb moda nümayişinin deyil, təhsilin məkanıdır”, – deyə M.Məmmədli vurğulayıb.

O qeyd edib ki, əsas məsələ məktəbdə bərabərlik, nizam, rahatlıq və sağlam sosial mühit arasında düzgün tarazlığın qurulmasıdır.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью