Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uşaqlar dünyaya gəldiyi gündən etibarən ətrafdakı insanların səsini eşidir.
2 aylıqdan başlayaraq körpədə nitq səslərinin tələffüzü başlayır.
Sonrakı aylarda nitq səslərini bir-ikihecalı sözlər, 1 yaşdında isə sözlər əvəz edir.Araşdırmalar göstərir ki, son illər uşaqlar arasında nitq gecikməsi hallarının sayı artıb.
Xüsusilə də, 2-3 yaşlı körpələrdə nitq problemləri özünü daha qabarıq göstərir.
Bununla bağlı Metbuat.az-a açıqlama verən pediatr Mehriban İbrahimova bildirib ki, uşaqların gec dil açmasının həm fizioloji, həm də patoloji səbəbi ola bilər: "Fizioloji səbəb bir ailədə bir neçə dilin olmasıdır.
Məsələn, ata rusdilli, ana Azərbaycandillidirsə uşağın qavramasında problem yarana bilər. Uşaq nə anlayırsa, onu da deyir.
Belə olan halda uşağın danışmağı gecikir. Uşaqlarda əllərinin hərəkət mərkəzi ilə danışıq hərəkət mərkəzi bir-birinə qonşudur.