Uşaqlar niyə tez tez xəstələnirlər? AYDINLIQ GƏTİRİLDİ | Icma.az
Icma.az, Sia Az saytına istinadən bildirir. "Uşaqların tez-tez xəstələnməsi valideynlər üçün həm narahatlıq, həm də sual doğuran bir mövzudu
Əslində isə bu çox vaxt normal və təbii bir prosesdir". Bu barədə SİA-ya açıqlamasında pediatr Elşən Tağıyev deyib.
Onun sözlərinə görə, uşaqların immun sistemi hələ tam formalaşmadığı üçün onların orqanizmi müxtəlif mikroblarla “tanış olma” mərhələsində olur: "Körpələr dünyaya gələndə immun sistemləri hələ tam yetkinləşmir.
Onlar ilk altı ayda anadan keçən passiv immunitetlə qorunurlar, lakin bu qoruma tədricən azalır.
Sonrakı illərdə uşaq müxtəlif virus və bakteriyalarla qarşılaşdıqca immun sistemi “öyrənir” və güclənir.
Məhz bu səbəbdən 1–6 yaş arası uşaqların ildə 8–10 dəfə soyuqdəymə və ya virus infeksiyası keçirməsi normal hesab olunur.
Bağça və məktəbə başlayan uşaqlar çoxsaylı mikroblarla təmasda olurlar. Bu, onların immun sistemi üçün bir növ “təlim meydanı” sayılır.
Uşaqların bir-biri ilə sıx ünsiyyətdə olması, oyuncaqları paylaşması, əlləri tez-tez ağızlarına aparması, eləcə də asqırma və öskürmə zamanı yaxın təmas mikrobların asan yayılmasına şərait yaradır.
Tam oxu
Xəbəri oxu