“Uşaqlar üçün böyük təcrübə oldu” Azər Bağırov

01.11.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov

“Şamaxı” Misli Premyer Liqasının 10-cu turunda doğma meydanda “Neftçi”yə 2:3 hesabı ilə uduzub.

QOL.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyunu şərh edib:

"Maraqlı oyun alındı. Bu qarşılaşma futbolçularımız üçün böyük təcrübə oldu. Matç gözlədiyimiz kimi “Neftçi”nin təzyiqi ilə başladı. Lakin futbolçularım bu təzyiqin öhdəsindən gəldilər. İlk hissədə bir neçə yüzfaizlik qol imkanımız oldu. Təəssüf ki, fürsətlərdən yararlanaraq hesabda önə keçə bilmədik. Daha güclü və hazırlıqlı olmalıyıq. Meydanda hər şeylə qarşılaşa bilərik. Bütün təzyiqlərə sinə gərməliyik. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью