Uşaqlar yanğına səbəb OLDULAR Xırdalandakı hadisənin GÖRÜNTÜLƏRİ

03.04.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Fevralın 2-də Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evinin həyətində yanğın baş verib.

Oxu.Az xəbər verir ki, hadisənin uşaqlar tərəfindən törədilməsi ilə bağlı görüntülər yayılıb.

Videoda bir neçə uşağın yaşayış evinin hasarını aşaraq həyətdə yanğın törətməsi əks olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb:

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evinin həyətində taxta tullantılarının yanması barədə məlumat daxil olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Ev və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub".

Hadisə yerindən görüntüləri təqdim edirik:

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью