Icma.az, Avtosfer portalına istinadən məlumat verir. Bakıda yerləşən 1 nömrəli uşaq-gənclər inkişaf mərkəzində 20 nömrəli məktəb-liseyin mür
Avtosfer.az xəbər verir ki, məşğələdə uşaqlarla birgə məktədin müəllimləri və valideynlər də iştirak edib.
Əvvəlcə mərkəzin zalında uşaqlarla yol hərəkəti qaydalarına aid viktorinalar, oyunlar keçirilib, rəngləmə materialından istifadə edilərək müxtəlif formalı svetoforlar rənglənib.
Fərqlənən uşaqlara yol hərəkəti qaydalarına aid əyani vəsaitlər paylanıb.
Sonda uşaqlar avtoşəhərcik və oradakı yol nişanları, nişanma xətləri ilə tanış olub, piyada keçidlərindən istifadə etməklə svetoforun işarələrinə əməl edib yolu keçmə qaydalarını nümayiş etdiriblər.
Uşaqlara birtərəfli və ikitərəfli yolların fərqi izah edilib, bu yolların keçilmə qaydaları göstərilib.
Sonda şəhərcik ərazisində dövlət yol polisinin xidməti avtomobili ilə tanışlıq və avtomobildə istifadə olunan xüsusi texniki vasitələrə baxış uşaqların marağına səbəb oub.
Məşğələdə Bakı Şəhər BPİ DYP İdarəsinin polis kapitanı Pərvanə.