Uşaqlara aid istintaq materiallarının yayılması qadağan olunur

28.01.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cinayət prosesində uşaqların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə yeni müddəa əlavə edilməsi təklif olunur. 
Modern.az-ın məlumatına görə, bu, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirdiyi iclasında müzakirə edilib.
Təklif edilən yeniliyə əsasən, cinsi istismar və ya cinsi zorakılığın qurbanı olan uşaqlara aid istintaq materiallarının yayılmasına yol verilməyəcək. Bu qadağa istintaq materiallarının bütün növlərini, o cümlədən ekspertiza rəylərini, videogörüntüləri və fotoşəkilləri əhatə edir.
Yeni müddəa cinayət prosesini həyata keçirən orqanların uşaqların hüquqlarının müdafiəsi məqsədilə görməli olduğu tədbirlər siyahısına daxil edilir və uşağın şəxsi həyatının toxunulmazlığının, psixoloji təhlükəsizliyinin qorunmasını hədəfləyir.
Dəyişikliklərə əsasən, Cinayət prosesinin iştirakçısı olan uşaqların fərdi məlumatlarının qorunması istiqamətində Cinayət Prosessual Məcəlləsində yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada  olması müəyyən edilmişdir. Həmin maddəyə əsasən razılıq həmin uşaqların özündən və qanuni nümayəndələrindən alınır. Eyni yanaşma “Media haqqında” Azərbaycan Respublikasının Qanununa da təklif olunur. 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью