Uşaqlara dəstək: “Əlini mənə ver, dostum” adlı xeyriyyə sərgisi

31.05.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 31 may, AZƏRTAC

1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Əlini mənə ver, dostum” adlı xeyriyyə sərgisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərgidə mərkəzin “Təsviri sənət və dizayn” dərnəyinin rəhbəri Xalidə Səfərovanın 31 yetirməsinin 60-dək rəsm əsəri nümayiş etdirilib.

Sərgi çərçivəsində mərkəzin bədii kollektivi tərəfindən musiqi və rəqs nömrələri təqdim olunub. Tədbirdəki bütün uşaqlara fəal iştiraklarına görə diplomlar verilib.

Qeyd edək ki, xeyriyyə sərgisi zamanı toplanan vəsait “Mehriban” Qadın və Uşaq Sığınacağına ianə olunub. Bu təşəbbüs uşaqların yaradıcılıq potensialının nümayiş etdirilməsi ilə yanaşı, sosial həssas qruplara dəstək məqsədi daşıyıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью