“Uşaqlara ən böyük mirasımız yaşıl dünya olacaq” Ekoloq | Icma.az
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir. Qlobal iqlim dəyişikliyinin nəticələri ilə mübarizə dövrünü yaşayırıq.
Son 50 ildə Yer kürəsində ekoloji böhran dərinləşib. Bunun əsas səbəbi qlobal istiləşmədir.
İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb.
BMT-nin hesabatında bildirilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib.
Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər.
Bu isə Yer kürəsində yaşamı çətinəşdirəcək. Qlobal istiləşmənin əsas səbəbi kimi antropogen amillər əsas götürülür.
Sənayeləşmə, əhalinin artımı, kənd təsərrüfatı sahələrinin genişlənməsi, çoxlu avtomobillərin cəmləşdiyi meqapolislərin yaranması atmosferdə istixana effekti yaradan faktorlardandır.
Havada karbon emissiyasını artıran amillərdən biri də planetimizin “ağciyəri” sayılan meşələrin sıradan çıxarılmasıdır.
Tam oxu
Xəbəri oxu