“Uşaqlara göstərilən diqqət və qayğı cəmiyyətimizin gələcəyinə qoyulan sərmayədir” MÜNASİB…
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü təkcə təqvimdə qeyd olunan bir gün deyil.
Bu tarix, eyni zamanda, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğının, həyata keçirilən siyasətin real nəticələrinin bir güzgüsü, bir təhlil və hesabat günüdür”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.
Müşfiq Məmmədli sözlərinə belə davam edib: “Bu gün Azərbaycan dövləti uşaqlara yalnız gələcəyin vətəndaşı kimi deyil, bugünün dəyəri və cəmiyyətin əsas prioriteti kimi yanaşır.
Bu yanaşma qanunvericilik bazasında da aydın əksini tapmışdır.
Uşaqların təhsil hüququnun, sağlamlıq hüququnun, və xüsusən də 18 yaşa qədər şəxslərin Beynəlxalq Konvensiyalara əsasən hüquqlarının tanınması və qorunması bu sahədə atılan mühüm addımlardandır.
Biz hər il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabatları dinləyərkən görürük ki, ana və uşaqların sağlamlığının qorunması, uşaqların profilaktik tibbi xidmətlə əhatə olunması, ilk yardım və qoruyucu səhiyyə prinsiplərinin tətbiqi artıq dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.
Tam oxu
Xəbəri oxu