futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik Premyer Liqada “Arsenal”a qalib gəldikləri oyunu (3:2) şərh edib.
Futbolpress.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis qələbə haqda bunları deyib:
“Yaxşı gün idi. Düşünürəm ki, çox çalışdıq və inanılmaz performans göstərdik. Uşaqlara minnətdaram, onlarla fəxr edirəm. İlk hissədə rəqibin hücumlarının qarşısını ala bildik. Hesabda geri düşsək də, təslim olmadıq və geridönüş etməyi bacardıq.
Oyunda müsbət məqamlar çox idi. İndi çatışmazlıqlar üzərində çalışmalı, oyunumuzu inkişaf etdirməliyik”.