Uşaqlara oksigen qazının alınması nümayiş etdirilib

07.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 sentyabr, AZƏRTAC

Kimyəvi təcrübələr şagirdlərin nəzəri biliklərini praktik bacarıqlarla əlaqələndirməsinə, müşahidə aparmasına və nəticəni müstəqil şəkildə əsaslandırmasına imkan verir. Xüsusilə qazların xassələrinin sadə sınaqlarla müəyyənləşdirilməsi şagirdlərdə elmi düşünmə və araşdırma vərdişlərinin formalaşmasına xidmət edir.

Kimya müəllimi Təranə Əmiraslanlı AZƏRTAC-a müsahibəsi zamanı şagirdlərə hidrogen peroksiddən oksigen qazının alınması təcrübəsini də nümayiş etdirib.

Təcrübə zamanı kolbaya hidrogen peroksid əlavə edilib və üzərinə kalium permanqanat tökülüb. Reaksiya nəticəsində oksigen qazı ayrılıb.

Müəllim şagirdlərin tez-tez verdiyi “Burada oksigen qazının ayrıldığını haradan bilirik?” sualını təcrübənin köməyi ilə izah edib. Ayrılan qazın oksigen olduğunu yoxlamaq üçün közərmiş, lakin alovlanmayan çöp qazın olduğu mühitə yaxınlaşdırılıb. Çöpün yenidən alovlanması oksigenin mövcudluğunu təsdiqləyən xarakterik sınaqdır. Belə təcrübələr şagirdlərə kimyəvi reaksiyaları yalnız nəzəri deyil, əyani şəkildə müşahidə etmək və elmi nəticə çıxarmaq imkanı yaradır.

Müxbir - Tünzalə Arazlı

Fotoqraf - Tofiq Babayev

Videooperator - Ələkbər Baxşiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью