Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
2025-ci ildə Azərbaycanda uşaqlara qoyulan ən məşhur adlar ilə bağlı rəsmi statistika açıqlanıb.
Ədliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə doğulan uşaqlara verilən adlar arasında həm ən çox seçilən, həm də ümumi tendensiyalar müəyyən edilib.
BAKU.WS xəbər verir ki, statistikaya görə, ötən il doğulan uşaqlara verilən adlar arasında ən çox dini adlar yer tutur. Oğlan uşaqlarına ən çox Raul – 1301, Hüseyn – 1164, Əli – 1151, Ömər – 784 adları qoyulub. Qızlara isə ən çox Zeynəb – 1129, Məryəm – 1127, Zəhra – 1066, Fatimə – 803 adları qoyulub.
Qeyd edək ki, ad adətən kiminsə xatirəsini əbədiləşdirmək, təbərrük məqsədilə qoyulur. Ona görə də din böyüklərinin, tarixi şəxslərin adını qoymaq xalq arasında yayılıb.
Qeyd edək ki, cəmiyyətdə dini adları daşıyan uşaqların sonradan döyülməsi, söyülməsinin günah olduğu fikirləri yayılıb.
Bəs İslamda bu fikirlərə necə yanaşılır?
İlahiyyatçı Fərid Abdullah da BAKU.WS-ə açıqlamasında bildirdi ki, atanın övladı üzərində haqlarından biri ona gözəl ad qoymaqdır.
"İnsan da həmin adın hörmətini saxlamalıdır. Lakin bu o demək deyil ki, məsələn, Məhəmməd adlı bir insan müqəddəsdir və onun xüsusi imtiyazları var. Yaxud kimisə Axirət haqq-hesabından azad edir. Ad sadəcə addır. Onu əməl qabardır.
Qaldı ki, adların qısaldılmasına, Məhəmmədə Maqa, Əliyə Əlişka və sair deməyə, mən zənn etmirəm ki, bunu edən Peyğəmbər və İmamı nəzərdə tutsun. Heç belə bir fikri də yoxdur. Əli-dən qısa ad?
Amma hər halda bu, hörmətsizlik sayılacaq şəkildə olarsa, edilməməsi məsləhətdir. Bu, sadəcə dini adlara aid deyil. İstənilən bir ad hörmətsiz şəkilə salınsa, qəbahətlidir", - deyə mütəxəssis bildirib.
Ziya SƏCCAD