Uşaqlara quru çörək və su verən bağça müdirinin işinə xitam verilib

03.09.2025

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Abşeron rayonunun Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında uşaqlara səhər yeməyinə quru çörək və su verilməsi barəsində vətəndaş şikayətlərinə əsasən araşdırma aparılıb.
Newscenter.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin açıqlamasında qeyd olunub.
Bildirilib ki, araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, sosial şəbəkədə sözügedən bağçada uşaqların səhər yeməyi zamanı quru çörək və su ilə qidalanması barədə video yayılıb.
Mehman Mehdiyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью