Icma.az, Saglamolun portalına istinadən məlumat yayır. Sitrus meyvələri güclü allergik xüsusiyyətlərə malikdir.
Bundan əlavə onlar mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir edir.
Bu səbəbdən hətta böyüklər bu meyvələrdən süi-istifadə etməməlidir (gün ərzində 1 portağal və ya 2 mandarin və ya 1 kivi kifayətdir).
Pediatrlar sitrus meyvələri uşaqların qidalanmasına 1-1,5 yaşlarda daxil etməyi tövsiyə edirlər.
Əvvəl uşağa bir neçə damcı mandarin və ya portağal şirəsini verin və 1-2 gün ərzində orqanizmin reaksiyasına nəzarət edin.
Uşağın dərisində səpgilər, qaşınma əmələ gəlibsə, sitrus meyvələrin verməyini təxirə salın.
Heç bir reaksiya yoxdursa, uşağa hər gün az miqdarda olmaqla (1-2 dilim) sitrus meyvələri verə bilərsiniz.
Kiçik yaşlı uşaqlara sitrus meyvələri verdikdə bütün pərdələri soyun (onlar mədə-bağırsaq sistemində çətinliklə həzm olunur), çəyirdəkləri çıxardın.