Uşaqlara yuxu dərmanı vermək olarmı? Həkim AÇIQLADI

16.11.2024

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

“Uşaqlara həkim nəzarəti olmadan istənilən halda, hətta bitki tərkibli olsa belə yuxu dərmanı vermək doğru deyil”.

Sağlamolun.az xəbər verir ki, bu sözləri STV Xəbərin qonağı olan “BAKU City Hospital”ın nevropatoloqu Elşən Qarayev deyib.

O bildirib ki, yuxu dərmanları uşaqlarda bir çox mental funksiyalara mənfi təsir edə bilər:

“Digər tərəfdən yuxunun keyfiyyətinin yaxşılaşdırılması üçün valideyinlərə tövsiyə edirik ki, uşaqlar ekran izləməsin, çay, kofe, şokalat kimi qidalardan istifadə etməsin. Mümkün qədər təmiz havada gəzsin. Həmçinin hər axşam eyni saatda yuxuya getsin”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью