Uşaqlarda anadangəlmə ürək qüsurlarının səbəbləri nələrdir?

18.08.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uşaqlarda anadangəlmə ürək qüsurlarının yaranmasının səbəbləri ilə bağlı yeni araşdırma aparılıb. 

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Kopenhagen Universitetinin alimləri embrionun inkişafı zamanı ürəyin düzgün formalaşmasına təsir edən mühüm hüceyrə mexanizmini müəyyən ediblər.

Mütəxəssislərin fikrincə, dünya üzrə hər 100 körpədən təxminən ikisi anadangəlmə ürək qüsuru ilə doğulur.

Bu xəstəliklərin yaranmasında genetik amillərin rol oynadığı məlum olsa da, prosesin hüceyrə səviyyəsində necə baş verdiyi tam aydın deyildi.

Yeni araşdırma zamanı alimlər hüceyrələrin səthində yerləşən mikroskopik strukturların, yəni ilkin kirpikciklərin ürəyin inkişafında mühüm rol oynadığını müəyyən ediblər.

Bu strukturlar hüceyrələr arasında siqnalların ötürülməsində iştirak edir və hüceyrələrin necə inkişaf edəcəyini müəyyənləşdirməyə kömək edir.

Tədqiqatçılar müəyyən ediblər ki, bəzi zülallar bu strukturların daxilində bir növ siqnal mərkəzi yaradaraq kök hüceyrələrə onların nə vaxt ürək əzələsi hüceyrələrinə çevrilməli olduğunu bildirir.

Bu prosesdə yaranan genetik pozuntular isə ürəyin inkişafına mənfi təsir göstərə və anadangəlmə ürək qüsurlarına səbəb ola bilər.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью