Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tənəffüs yollarının ən ağır formalı allergik zədələnməsi bronxial astmadır. Bronxial astma ilə insan birdən-birə xəstələnmir.
Allergenlərin tənəffüs sisteminə uzunmüddətli təsiri astmaya gətirib çıxara bilər.
Məhz buna görə allergiyası olan uşaqları müalicə etmək, onlar üçün hipoallergik məişət şəraiti (bu barədə yuxarıda oxuya bilərsiniz) yaratmaq çox vacib hesab edilir.
Allergiyanı vaxtında müalicə etdikdə və onun profilaktikasını apardıqda uşağı bronxial astma kimi ağır xroniki xəstəlikdən qorumaq olar.
Bronxial astmanın əsas əlaməti boğulma tutmalarıdır. Astmatik xəstələrdə boğulma tutmasının səbəbi allergiya, infeksion xəstəliklər, kimyəvi
Bəzi xəstə uşaqlarda isə boğulma tutmaları yox, güclü öskürək, fışıltılı xırıldamalar baş verir.
Amma hər bir halda astma xəstəliyin tutmaları çox qorxuludur və hətta lazımi kömək olmadığı halda uşağın ölümü ilə də nəticələnə bilər.