Icma.az, Lent az saytına istinadən bildirir. Son illərdə dünyada uşaqlar və yeniyetmələr arasında psixoloji narahatlıq və depressiya halları
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in birgə hesabatına əsasən, 10-19 yaş arasındakı hər 7 uşaqdan biri narahatlıq, depressiya və ya
Xüsusilə COVID-19 pandemiyası bu tendensiyanı gücləndirərək uşaqların psixi sağlamlığına mənfi təsir göstərib.
APA Anadolu Agentliyinə istinadla xəbər verir ki, şəhərlərdə oyun meydançalarından uzaq yaşayan uşaqlarda psixoloji problemlər daha çox müşahidə edilir.
Bricvater Universitetinin (ABŞ) psixologiya professoru Elizabet Enqlander uşaqların emosional sağlamlıqları üçün sərbəst oyunların vacibliyini vurğulayaraq müasir mühitin bu imkanı azaltdığını qeyd edir: “Araşdırmalara görə, gün ərzində 6-8 saat televiziya izləyən və Günəş işığından məhrum qalan uşaqlarda depressiya riski artır.
Bəzi telefon oyunları televiziyadan daha az zərərlidir, lakin yüksək dopamin ifrazına səbəb olan stimullaşdırıcı oyunlar psixoloji problemlərə yol aça bilər.
COVID-19 pandemiyası zamanı sosiallaşma və oyun imkanlarının məhdudlaşması uşaqların psixoloji sağlamlığına mənfi təsir göstərib.
Bu təsirlər uzunmüddətlidir və psixi sağlamlıq problemləri böyüklük yaşına qədər davam edə bilər.