Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev “Uşaqlarda immunitetin formalaşması” mövzusunda ətraflı məlumat verib. Telman həkim çıxışında immun sisteminin inkişaf mərhələləri, düzgün qidalanmanın, peyvəndlərin, yuxu rejiminin və sağlam həyat tərzinin uşaqların müdafiə mexanizmlərinin güclənməsindəki rolu barədə vacib məqamlara toxunub. https://youtu.be/2hkRzJvuhS8.
Mərkəzi Gömrük Hospitalının rəsmi YouTube kanalı pasiyentlər və geniş auditoriya üçün son tibbi yeniliklər, həkim müsahibələri, maarifləndirici çıxışlar və real tibbi proseslər barədə etibarlı video mənbədir. Kanalda müxtəlif şöbələr üzrə mütəxəssislərin çıxışları, canlı yayımlar və sağlamlıqla bağlı faydalı tövsiyələr mütəmadi olaraq paylaşılır.
Sağlamlıq haqqında doğru və peşəkar məlumatı birbaşa həkimlərdən dinləmək, eləcə də tibbin aktual mövzularını izləmək üçün Mərkəzi Gömrük Hospitalının YouTube kanalına abunə olmağı və yeni videolardan dərhal xəbərdar olmaq üçün bildirişləri aktiv edin. Youtube kanalının linki- https://www.youtube.com/@mrkzigomrukhospitalcustoms3382.