Uşaqlarda nitq geriliyi Nə zaman danışmalıdırlar?

04.09.2025

Icma.az, Medicina portalına istinadən məlumat yayır.


Hər bir uşaq fərqli inkişaf edir. Bəziləri 10 aylığında ilk söz deyir, bəziləri isə 1,5 yaşında.


Medicina.az uşaqlarda danışıq mərhələlərini təqdim edir:


• 0–6 ay – körpə səs çıxarır, qığıldayır, gülür, müxtəlif səslərlə oynayır.

• 6–9 ay – "ba-ba", "ma-ma", "da-da" kimi sadə hecalar təkrar etməyə başlayır.

• 9–12 ay – ilk sadə sözlər ("ana", "ata", "ver", "yox") çıxa bilər.

• 12–18 ay – söz ehtiyatı sürətlə artır, uşaq 5–20 söz işlədə bilər.

• 18–24 ay – iki sözlü sadə cümlələr ("ana gəl", "su ver") qura bilir.

• 2–3 yaş – danışıq daha aydın olur, 200-300-dən çox söz bilir, 3–4 sözlü cümlələr qurur.

• 3–4 yaş – suallar verir, hadisələri danışır, başqaları artıq yaxşı başa düşür.

Əgər 18 aylığa qədər uşaq heç bir söz demirsə və ya 2 yaşında sadə cümlələr qura bilmirsə, həkim (uşaq nevroloqu və ya loqoped) ilə məsləhətləşmək faydalıdır.

Aygün

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью