Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nitq təfəkkürün ən ali funksiyası olmaqla yanaşı, insan həyatında ən vacib və əhəmiyyətli ünsiyyət vasitəsidir.
Uşaq doğulan gündən onun nə zaman dil açıb danışacağını səbirsizliklə gözləyirlər, amma bəzən valideynlərin gözləntiləri boşa çıxır.
Nitqin inkişafı ləngiyir və valideynlər narahat olmağa başlayırlar.
Bəzən də düşünürlər ki, yəqin vaxtı gələndə danışacaq, çünki ailədə, nəsildə gec danışan olmayıb.
Psixopedaqoq Aytəkin Sandalova AZƏRTAC-a verdiyi müsahibədə uşağın nitqinin yaşına görə ləngiməyini bioloji və sosioloji faktorla əlaqələndirir: "Bioloji faktor dedikdə, həm hamiləlik zamanı ananın keçirdiyi müxtəlif xəstəlikləri, zərərli amillərin təsirini, həmçinin doğuş travmalarını və doğuşdan sonra uşağın ilk aylarda keçirdiyi xəstəlikləri göstərmək olar.
Digər bioloji amillər uşağın keçirdiyi baş-beyin zədələnmələri, nevroloji, psixi, somatik və s. səbəblərlə bağlı ola bilər.
Valideynlər bilməlidirlər ki, belə patoloji hallar uşaqlarda nəinki nitqin ləngiməsinə, hətta intellektin pozulmasına gətirib çıxarır.