“Uşaqları alət etməyin” KƏMALƏ AĞAZADƏ ÇAĞIRIŞ ETDİ

12.10.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

 “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri  Kəmalə Ağazadə məktəblərdə vahid geyim qaydalarına qarşı etiraz edib.

Gununsesi.info bildirir ki, bu barədə Kəmalə Ağazadə öz sosial media hesabında paylaşım edib:

“Etdiklərinizi anlayırsınız? Bu gün məktəblərdən çəkilən videolardan, paylaşımlardan vahid geyim qaydalarına qarşı etirazlar, xüsusilə İranın ideoloji təsirlərinə yaxın mövqelərin təşviqi, Azərbaycanın dünyəvi dövlət prinsiplərinə, milli dəyərlərinə və təhsil siyasətinə təsir göstərmək cəhdləri daha aydın bəlli olub.

Belə bir şəraitdə qanunun aliliyinin və dünyəviliyin qorunmasına, dövlətimizin dünyəvi prinsiplərinə dəstəyin ifadə olunmasına ehtiyac var. Belə davam edərsə, asayişi, qanunu pozanlara qarşı DİN tərəfdən yenə də müdaxilələr ola bilər.

Uşaqları alət etməyin!!!”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью