“Uşaqları çöpçüyə aparmayın” Uşaq cərrahı

12.02.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Övladlarını çöpçüyə aparan valideynlərə səslənirik ki, uşaqlarının həyatını təhlükəyə atmasınlar, uşaqların sağlamlığını peşəkar mütəxəssislərə etibar etsinlər.

Ölkə.az xəbər verir ki, bunu K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Cərrahlığı şöbəsinin direktoru, uşaq cərrahı Umud Musayev deyib.

O qeyd edib ki, sadəcə çöpçüyə inanan valideynlərin uşağının "çöpü qalır":

"Biz çöpçüyə aparılandan sonra ağırlaşmaları çox görürük. Övladlarını çöpçüyə aparan valideynlərə səslənirik ki, övladlarının həyatını təhlükəyə atmasınlar, uşaqların sağlamlığını peşəkar mütəxəssislərə etibar etsinlər". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью