Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çox şirniyyat yeyən uşaqlarda bir çox xəstəliklərin yaranması riski böyükdür.
Bunlar diabet, yüksək təzyiq, dislipidemiya (qanda yağ maddələrinin nisbətinin pozulması), qaraciyər yağlanması, piylənmə, diş çürükləri və psixoloji problemlərdir.
Beynəlxalq səhiyyə təşkilatları bildirir ki, şirniyyatdakı kalorinin qida dəyəri yoxdur.
Yəni uşaqlar bunları yeyərkən qidalanmış yox, sadəcə kalori almış olurlar.
Hazırda şirin qidalar o qədər yayılıb ki, uşaqlar demək olar ki, hər an bunlarla rastlaşır.
Məktəb bufetlərində, marketlərdə, evlərdə şirin məhsullardan qaçmaq çox çətindir.
Uşaqlar balaca vaxtlarından bütün özəl günlərin tort və ya hər hansı bir şirniyyatla qeyd edildiyini müşahidə edirlər.