Uşaqları telefon, yoxsa ana yedirir?.. | Icma.az
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müasir texnologiyanın həyatımıza daxil olması ilə baş verən dəyişikliklərdən uzun illərdir ki, danışırıq.
Bu texnologiyanın “töhfəsi” olan telefonlar hər kəsin cibinə girdi-girmədi, qapısını “döydü-döymədi”, nə ailələr dağıldı, nə ayrılıqlar yaşandı, nə cinayətlər, xəyanətlər baş verdi, hər birimiz bunların şahidi olmuşuq.
Elə milli-mənəvi, ailə dəyərlərimizin günü-gündən əldən getməsi də bu texnologiyanın məhsulları-kompüter və smartfonlarla bağlı oldu.
Bu vasitələrlə fiziki və mənəvi aşınmaya məruz qalan insanların son halı isə göz önündədir.
Təbii ki, onlardan düzgün istifadə etməyən insanlardan söhbət gedir.
Əslində müasir texnologiyanın gətirdiyi internet aləmi, sosial şəbəkələr ondan yetərli və lazımi şəkildə istifadə edərkən faydalıdır.
Lakin bunlardan xeyirinə istifadə edənlərin sayı zərərinə istifadə edənlərin sayından dəfələrlə azdır.
Tam oxu
Xəbəri oxu