Uşaqlarımız axşam saat 8də evə gəlib çıxır Bu məktəbin valideynləri narazıdır...

24.12.2024

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Övladlarımız məktəbdən axşam saat 8-də evə gəlib çıxır. Çox qorxuruq"

Bu barədə Sitat.info-ya Yeni Suraxanıda yerləşən 89 nömrəli məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib.

Bildiriblər ki, məktəbin direktoru özündən qayda çıxarıb: "Övladlarımız Yeni Suraxanıda, 89 nömrəli məktəbdə təhsil alır.  Ümumiyətlə, ikinci növbə oxuyan uşaqların hamısı belədir. Maraqlanmışıq, yalnız 89 nömrəli məktəbdə vəziyyət belədir.

 Saat 14:00-da dərs başlayır, 19:00-da bitir. Uşaqlar evə gələnə kimi qaralıq düşür. Əgər Təhsil Nazirliyi belə qayda qoyubsa, o zaman bütün məktəblərə şamil olunsun. Niyə ancaq bizim məktəbdə belə olmalıdır".

Aytac,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью