Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“Uşaqların boş vaxtlarını əyləncəli və faydalı keçirməsi onların psixoloji inkişafı üçün olduqca mühümdür”.
Bu sözləri Gununsesi.info–ya açıqlamasında ailə psixoloqu Sevinc Həbibova bildirib:
“Oyunlar uşaqlarda yaradıcılığı və problem həll etmə bacarığını gücləndirir. Açıq havada keçirilən oyunlar uşaqların həm fiziki, həm də emosional sağlamlığına müsbət təsir göstərir”.
Sevinc Həbibova qeyd edib ki, valideynlər uşaqların maraqlarını nəzərə alaraq onlara seçim imkanı yaratmalıdır:
“Birgə ailə oyunları uşaqlarla valideynlər arasında emosional bağları möhkəmləndirir. Kitab oxumaq və yaradıcı məşğuliyyətlər uşaqların diqqətini inkişaf etdirir”.
Psixoloq ekran qarşısında keçirilən vaxtın balanslı olmasının vacibliyini də vurğulayıb.
Onun fikrincə, düzgün planlaşdırılmış asudə vaxt uşaqların özünə inamını artırır.
Banu