Uşaqların başlatdığı davaya ailələr də qoşuldu 3 ölü, 22 yaralı

21.03.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Hatay vilayətində iki ailə arasında dava 3 nəfərin ölümünə səbəb olub. 

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, uşaqlar arasında başlayan mübahisə qısa müddətdə ailələrinin də qoşulması ilə böyüyüb.

Belə ki, tərəflər daş, dəyənək və odlu silah istifadə edib. Hadisə nəticəsində biri qadın olmaqla 3 nəfər həyatını itirib, 22 nəfər isə yaralanıb.

Faktla bağlı 6 şübhəli saxlanılıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью