Uşaqların boyunu artırmaq üçün məktəblərdə xüsusi menyu satılsın TƏKLİF

28.01.2026

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

"Get-gedə Azərbaycanda yeni nəslin boyu azalır. Avropada 21 yaşına çatmış insanların boyu 179, bizdə isə bu rəqəm 162 santimetrdir. Bunun genetik izahı da ola bilər. Fakt ondan ibarətdir ki, bizdə əvvəlki illərlə müqayisədə geriləmə var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Hikmət Məmmədov deyib.

"Təklif edərdim ki, məktəb bufetlərində uşaqlara satılmaq üçün xüsusi menyu hazırlasınlar. Bu menyu həm uşaqların sağlam qidalanması, həm də boy artımı üçün şərait yaratsın. Həmçinin, bu məsələ məktəb ətrafında qida vasitələri satan marketlərə də şamil oluna bilər", - deyə deputat bildirib.

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью