Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında iclasda uşaqların keyfiyyətli təhsili və dövlət dilində təhsil məsələsinə diqqət çəkib.
Gununsesi.info bildirir ki, o qeyd edib ki, qanun layihəsində uşaqların keyfiyyətli təhsil almaq hüququ ayrıca maddə ilə təsbit olunur.
“Bu hüququn məzmunu daha da genişləndirilə bilər. Dil yalnız ünsiyyət vasitəsi deyil. Dil həm də düşüncə formalaşdırır. Dövlət dili uşağın milli kimliyinin və düşüncə sisteminin əsasını təşkil edir. Bu baxımdan təklif olunur ki, ibtidai siniflərdə təhsil bütün məktəblərdə dövlət dilində aparılsın.
Məktəbin tədris dili fərqli olsa belə, ilkin mərhələdə ana dilində təhsil əsas götürülsün. Bu yanaşma uşaqların dili daha dərindən mənimsəməsinə, düşüncə və ifadə qabiliyyətinin möhkəmlənməsinə xidmət edə bilər. Dövlət dilinin qorunması və inkişafı uzunmüddətli strateji məsələdir və təhsil sistemi bu prosesdə əsas rol oynayır”.
Günay